19 May 2024
"İphone 15" Azərbaycanda bu qiymətə SATIŞA ÇIXARILACAQ - MƏBLƏĞ

"İphone 15" Azərbaycanda bu qiymətə SATIŞA ÇIXARILACAQ - MƏBLƏĞ

13 Sentyabr 2023
Baxış: 617

Ötən gün “Apple”ın maraqla gözlənilən "Wonderlust" tədbiri keçirilib. Tədbirin açılışında "Apple" cihazları, xüsusilə "iPhone 15", "iPhone 15 Plus", "iPhone 15 Pro", "iPhone 15 Pro Max" haqqında məlumat verilib. Bakı vaxtı ilə saat 21.00-da başlayan canlı yayım, keçən il olduğu kimi, bu il də "Apple Park" şəhərciyindəki "Steve Jobs Theater"də baş tutub.

Bəs “İphone 15” modelinin Azərbaycanda rəsmi qiyməti neçəyə olacaq?

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Apple Service" MMC şirkəti, "Apple"ın Azərbaycanda məhsullarının rəsmi servis mərkəzinin müdiri Subra Zeynalova Referans.az-a açıqlamasında bildirib ki, bunu tam demək mümkün deyil, lakin 3 min manatdan yuxarı olacaq:

“Əslində İphone 15-in bütün markalarının qiyməti heç Amerikanın özündə də çıxmayıb. Setyabrın 22-dən sonra satışa çıxarılacaq. "Apple"in özündə qiymət 1000 dollar ətrafında olacaq, amma Azərbaycana gəliş qiymətinin neçə olacağını demək mümkün deyil. Təxminən deyə bilərik ki, minimum 3 min manatadan yuxarı olacaq. Yeni model əvvəlki modellə o qədər də fərqli xüsusiyyətlərə malik deyil. iPhone 15 modelinin nəzərəçarpan fərqliliyi Type-C portundan istifadə xüsusiyyətidir. Digər xüsusiyyətlər isə 2000 nit parlaqlığa malik ekran və iPhone 14 Pro və iPhone 14 Pro Max-da olan 48 meqapiksellik kameradır”.

"Apple" rəsmisinin sözlərinə görə, iPhone 15 Pro və iPhone 15 Pro Max-da olan yenilik isə gövdə materialının titandan olmasıdır. Bundan əvvəlki modellərdə poladdan olduğu üçün ağır sayılırdı. Titan sayəsində yeni model ən yüngün pro model olub.

Eyni zamanda, pro seriyada səsi artırıb-azaltma düyməsi əvəzinə, sıxılabilən və müxtəlif funksiyalara inteqrasiya ediləcək düymə quraşdırılıb. Kamerada əsas dəyişiklik ondan ibarətdir ki, burada 5 dəfəyə qədər yaxınlaşdırma dəstəklənir – deyə Subra Zeynalova qeyd edib.