16 May 2024
İordaniya ilhaqına görə İsraili silahlı münaqişə ilə hədələyib

İordaniya ilhaqına görə İsraili silahlı münaqişə ilə hədələyib

03 İyun 2020
Baxış: 477

İordaniya Xarici İşlər Naziri Ayman Safadi, İsrailin ilhaqının bölgədəki sülhə son qoyacağını söyləyib.

Safadiyə görə, İsrailin Yəhuda, Samariya və İordaniya Vadisi ərazilərini ilhaq etməsi bölgədə şiddətli bir qarşıdurmaya səbəb olacaq. Bu barədə "The Times Of Israel" xəbər verib.

İordaniya Xarici İşlər Naziri, İsrailin Qərb Şəriyanı ilhaq edəcəyi təqdirdə sülhə və iki müstəqil dövlətin yaradılması üçün bütün səylərin itiriləcəyini qeyd edib.

"Biz regional sülhə və İordaniya-İsrail münasibətlərinə nail olmaq üçün səylərin birləşdirilməsi ilə bağlı qərarın icrasının ciddi nəticələri barədə xəbərdarlıq edirik" deyə o bildirib.