18 May 2024
İnternet problemlərinə görə PUA-lar insanların başına töküldü – ANBAAN VİDEO

İnternet problemlərinə görə PUA-lar insanların başına töküldü – ANBAAN VİDEO

04 Oktyabr 2021
Baxış: 699

Çinin Çjençjou şəhərində pilotsuz uçuş aparatları ilə işıq şousu nümayiş etdirilən zaman dronlar insanların üzərinə səpələnməyə başlayıb.

Həmçinin onlarla dron ağacların və avtomobillərin üzərinə düşüb.

Dronların şousuna baxmaq üçün böyük ticarət mərkəzinin qarşısında toplaşan insanlar arasında çaxnaşma düşüb, adamlar müxtəlif istiqamətlətə səpələnib.

Çin rəsmilərini bildirdiyinə görə, hadisəyə texniki nasazlıq səbəb olub və pilotsuz uçuş aparatları heç kimə xəsarət yetirməyib.

İnsidentin həmçinin qlobal internet resurslarında yaranan problemlə əlaqədar olduğu istisna edilmir.

😱🚨 Qlobal internetin çökməsi ilə bağlı Çində dron-şou zamanı idarəsini itirən PUA-lar insanların başına töküldü pic.twitter.com/2AYVvsiWvf

— Oxu.Az (@oxuaz) October 4, 2021

Mənbə: VICE

Teqlər: PUA Çin