19 May 2024
İnsan Hüquqları Xeyriyyə Cəmiyyətinin direktoru David Seliverstov Azərbaycan yəhudilərinin Pesah bayramını təbrik edib

İnsan Hüquqları Xeyriyyə Cəmiyyətinin direktoru David Seliverstov Azərbaycan yəhudilərinin Pesah bayramını təbrik edib

04 Aprel 2023
Baxış: 1471

Əziz dostlar, Azərbaycan yəhudiləri, sizi Pesah (Nisonu) bayramı münasibəti ilə təbrik edirəm!


Pesah yəhudilər üçün ən vacib bayramdır. Bu günlərdə biz Misir əsarətindən qurtuluşu, ümumi mənəvi-əxlaqi dəyərlərə, ümumi qayğılara, bu günə və gələcəyə ümumi baxışa bağlı vahid xalq olmaq yolunda ilk addımları qeyd edirik.
Uca Tanrının qüdrətli əli altında da olsa, əsarətdən çıxmaq əcdadlarımızdan cəsarət, öz taleyi və nəslinin gələcəyi üçün məsuliyyət daşımağı tələb edirdi. Çətin, lakin eyni zamanda tanış həyatı naməlumluğa buraxmaq qərarı, əlbəttə ki, çox, çox çətin idi. Əzab-əziyyət xalqın azadlıq və istiqlal istəyini gücləndirir, eyni zamanda, həmrəyliyə, qarşılıqlı dəstəyə sövq edir.
Mən şadam ki, bayramı keçirtdiyim ölkə, Azərbaycan yəhudilərinin eləcədə ölkəmizdə yaşayan digər millətdən olan insanların vətəndaş həmrəyliyi nümayiş edən bir dövlətdir. Azərbaycan, yəhudilərə milli həyatını sərbəst yaşamağa imkan verdiyi bir ölkədir.
Azadlıq yüksək məsuliyyət tələb edən asan bir hədiyyə deyil. Pesah tarixindən götürdüyüm dərs budur. Öz taleyi və yəhudi qardaşlarının taleyi üçün məsuliyyət daşımağa hazır olmaq, bütün yəhudilərin həqiqətən bir-birlərinə cavabdeh olduğunu başa düşmək, Uca Yaradanın möhkəm əli ilə bizi çətin, lakin yeganə mümkün yolla aparacağına inanmaq, bu xalqımızın qorunub saxlanmasının və rifahının təminatıdır.


Xaq Pesah, koşer ve sameax!