21 May 2024
İnsan hüquqları qoruyucu təbəqə və qaydalar kimidir - David Seliverstov

İnsan hüquqları qoruyucu təbəqə və qaydalar kimidir - David Seliverstov

13 May 2023
Baxış: 2589

İnsan hüquqları qoruyucu təbəqə və qaydalar kimidir. Onlar bizi mühafizə edir və bizlərə necə davranmalı olduğumuzu göstərir. Hüquq bizim haqlı olaraq irəli sürdüyümüz tələbdir. İnsan hüquqları ideyasının əsasında dayanan iki başlıca dəyər insan ləyaqəti və bərabərlikdir.
Beynəlxalq ictimaiyyət 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etməklə insan hüquqlarının təmin olunması üzrə diqqətəlayiq öhdəlik götürməyə başlamışdır.
İnsan hüquqlarının alına bilməməsi, insan hüquqlarının bölünməməsi, qarşılıqlı asılı və zəncirvari əlaqəli oıması, insan hüquqlarının universal olması Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas prinsip və qaydalarıdır.
İnsan hüquq və azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilməklə, vətəndaş cəmiyyətinin yetkinliyinin başlıcа meyarı sayılır.
İnsan hüquqları, insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha ehtiyac olmadan hər kəsə bərabər şəkildə aid edilməlidir.
Biz də hər bir Azərbaycan Respublikasının vətəndaşı kimi hüquqlarımızı bilməli, qorumalı və hüquqmüdafiəsi sahəsi naminə əlimizdən gələni etməliyik. Bu Azərbaycan Respublikasında yaşayan dilindən, dinindən, irqindən, mənsub olduğu milliyətindən aslı olmayaraq hər bir şəxsin borcudur.