20 May 2024
İnsan Hüquqları Mərkəzinin və "Magen David Group" Xeyriyyə Cəmiyyətinin direktoru David Seliverstovun doğum günüdür

İnsan Hüquqları Mərkəzinin və "Magen David Group" Xeyriyyə Cəmiyyətinin direktoru David Seliverstovun doğum günüdür

26 Mart 2023
Baxış: 1039

Bu gün İnsan Hüquqları Mərkəzinin və "Magen David Group" Xeyriyyə Cəmiyyətinin direktoru David Seliverstovun doğum günüdür.

David Seliverstov Bakı şəhərində anadan olub. Ali təhsilini Uraynanın Xarkov şəhərində "Yaroslav Mudrıy" adına Milli Hüquq Universitetinin, İstintaq və Əməliyyat Fakültəsini bitirib. O, “Soxnut” agentliyinin və “Hilel” ictimai təşkilatının üzvü olub.

Azərbaycan ərazisində yaşayan yəhudi millətindən olan Azərbaycan Respublikası vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin Konstitusiya, digər qanunvericilik və normativ hüquqi aktlarla təsbit edilmiş hüquqlarını təmin etməkdə, multikultural dəyərlərə sadiq, eləcədə əsas din azadlığı hüququ dövlət tərəfindən tam təmin edilən Azərbaycanda bir xeyriyyə cəmiyyəti olaraq Qusar və Quba rayonlarında yaşayan şəhid ailələrinin və veteranlara göstərilən diqqət və qayğılarda müstəsna rolu olan David Seliverstrov cəmiyyətimiz arasında sevilən şəxslərdəndir.

Azərbaycan Yəhudi Media Mərkəzin kollektivi David Seliverstovu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür can sağlığı arzulayır!