19 May 2024
İmişli sakini bədbəxt hadisə nəticəsində öldü

İmişli sakini bədbəxt hadisə nəticəsində öldü

12 Oktyabr 2021
Baxış: 584

İmişlidə fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

İmişli sakini, 1980-ci il təvəllüdlü Şirinov Ramil Akif oğlu iş prosesində beton kütlənin arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı İmişli rayon prokurorluğu araşdırma aparır.