16 May 2024
İlhamiyyə Rzaya YÜKSƏK VƏZİFƏ VERİLDİ

İlhamiyyə Rzaya YÜKSƏK VƏZİFƏ VERİLDİ

02 Noyabr 2022
Baxış: 460

Tanınmış jurnalist İlhamiyyə Rzaya vəzifə verilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “ASAN Xidmət”in mətbuat katibi Elnur Niftəliyev “Facebook” hesabında yazıb.

O bildirib ki, İ. Rza “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edəcək.

Qeyd edək ki, İ. Rza bundan əvvəl qəzet və telekanallarda çalışıb, müxtəlif verilişlərin aparıcısı olub.