17 May 2024
İlham Əliyevdən AZAL-la bağlı SƏRƏNCAMLAR + YENİ TƏYİNAT

İlham Əliyevdən AZAL-la bağlı SƏRƏNCAMLAR + YENİ TƏYİNAT

24 Fevral 2022
Baxış: 829

“Azərbaycan Hava Yolları” QSC-yə yeni vitse-prezident təyin edilib, bu vəzifə Samir Rzayevə həvalə edilib.

AJMEDİA.İNFO-ya bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, “AZAL”ın prezidenti Cahangir Əsgərov cümə axşamı “AZAL”ın yeni vitse-prezidenti Samir Rzayevi şirkətin kollektivinə təqdim edib.

Samir Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu vəzifəyə təyin edilib.

C. Əsgərov qeyd edib ki, Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdirib. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.

“AZAL”ın prezidenti Samir Rzayevin yüksək peşəkar bacarığa malik olduğunu bildirərək, onun maliyyə sahəsində rəhbər vəzifələrdə böyük idarəçilik təcrübəsinin olduğunu qeyd edib.

***

“Azərbaycan Hava Yolları” QSC-nin iki vitse-prezidenti vəzifəsindən azad edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb.

Məlumata görə, Andropova Lyubov Pavlovna (iqtisadiyyat və maliyyə məsələləri üzrə) və Etibar Xudaverdi oğlu Hüseynov vitse-prezident vəzifələrindən azad edilib.

Hal-hazırda “Azərbaycan Hava Yolları”nın 5 vitse-prezidenti var.