17 May 2024
İlham Əliyev Xocalının Dağdağan kəndində - FOTO

İlham Əliyev Xocalının Dağdağan kəndində - FOTO

21 Dekabr 2023
Baxış: 417

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Xocalı rayonunun Dağdağan kəndində olub.

AJMEDİA.İNFO xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib.

Qarabağ dağ silsiləsinin ətəyində yerləşən Dağdağan kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənib.