17 May 2024
İlham Əliyev Xalq artistinə mənzil BAĞIŞLADI - FOTO

İlham Əliyev Xalq artistinə mənzil BAĞIŞLADI - FOTO

17 Sentyabr 2021
Baxış: 561

Prezident İlham Əliyev tarzən, Xalq artisti, professor Vamiq Məmmədəliyevə üçotaqlı mənzil hədiyyə edib.

AJMEDİA.İNFO bildirir ki, bu barədə “Qafqazinfo”ya sənətkarın özü məlumat verib.

Onun sözlərinə görə, ev ona 75 illik yubileyi münasibətilə verilib: "Prezidentin mənzil şəraitimin yaxşılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə verdiyi tapşırığa əsasən mənə verilən ev hədiyyəsi ailəmizdə böyük sevinclə qarşılandı. Bu, həm də musiqimizə, muğam sənətinə verilən misilsiz dəyərdir”.

Qeyd edək ki, bu il iyunun 9-da V. Məmmədəliyevin 75 yaşı tamam olub.

İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi