17 May 2024
İlham Əliyev SƏRƏNCAM İMZALADI

İlham Əliyev SƏRƏNCAM İMZALADI

22 Noyabr 2022
Baxış: 437

Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

AJMEDİA.İNFO xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,23 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.