18 May 2024
İlham Əliyev: “Qarabağ münaqişəsindən sonra Azərbaycan 100-dən çox erməni hərbçini İrəvana təhvil verdi”

İlham Əliyev: “Qarabağ münaqişəsindən sonra Azərbaycan 100-dən çox erməni hərbçini İrəvana təhvil verdi”

26 Noyabr 2021
Baxış: 547

Azərbaycan prezidenti İlham Əliyev Soçidə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqların ardından Qarabağ müharibəsindən sonra Bakının saxlanılan 100-dən çox erməni hərbçini İrəvana təhvil verdiyini bəyan edib.

AJMEDİA.İNFO xəbər verir ki,“Humanitar məsələlər müzakirə olundu. Biz həmişə həm döyüş əməliyyatları zamanı, həm də ondan sonra humanitar qaydaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olmuşuq.

Bildirməliyəm ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra saxlanılan yüzdən çox erməni hərbçi Ermənistan tərəfinə təhvil verilib”, - deyə Azərbaycan Prezidenti Əliyev qeyd edib.

Teqlər: