18 May 2024
İlham Əliyev pandemiyaya qarşı qlobal təşəbbüslərin müəllifinə çevrilib – ŞƏRH

İlham Əliyev pandemiyaya qarşı qlobal təşəbbüslərin müəllifinə çevrilib – ŞƏRH

17 Dekabr 2021
Baxış: 501

Dekabrın 16-da BMT-nin Baş Assambleyasında Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilib.

AJMEDİA.İNFO xəbər verir ki, 179 ölkənin dəstəyi ilə qəbul edilən qətnamənin əleyhinə heç bir ölkə səs verməyib.

Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində koronavirus pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər olunması sahəsində qlobal liderliyini davam etdirir.

Bu o deməkdir ki, pandemiya qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürüb.

Azərbaycan Pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdəndir.

Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycan Prezidenti İlham Əliyev “peyvənd millətçiliyi”, varlı və kasıb ölkələr arasında peyvəndlərə əlçatanlıqla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizəni daim gündəlikdə saxlayıb.

Azərbaycan indiyədək 80-ə yaxın ölkəyə birbaşa və ÜST xətti ilə maliyyə və humanitar yardım edib. Bir sıra ölkələrə təmənnasız olaraq COVID-19 əleyhinə vaksinlər göndərib.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə qlobal təşəbbüslərin müəəllifinə çevrilib.

Dövlət başçısının təşəbbüsü ilə Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı təşkil edilib.

2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiya keçirilib.

2021-ci ilin mart ayında Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamənin yekdilliklə qəbul olunub.

2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınaması və Azərbaycan tərəfindən BMT Baş Assambleyasında müvafiq qətnamənin irəli sürüləcəyini elan edib.

Beləliklə, Azərbaycanın bu istiqamətdə daha bir təşəbbüsü BMT səviyyəsində dəstək tapdı.