21 May 2024
İlham Əliyev onu sədr təyin etdi - Sərəncam

İlham Əliyev onu sədr təyin etdi - Sərəncam

29 Yanvar 2024
Baxış: 450

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Sərəncamla Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin olunub.

Qeyd edək ki, dövlət başçısının digər Sərəncamı ilə İlqar Mustafayev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.