16 May 2024
İlham Əliyev Moskvada naməlum əsgərin məzarını ZİYARƏT EDİB

İlham Əliyev Moskvada naməlum əsgərin məzarını ZİYARƏT EDİB

22 Fevral 2022
Baxış: 435

Rusiyada rəsmi səfərdə olan Prezident İlham Əliyev fevralın 22-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

AJMEDİA.İNFO xəbər verir ki, İlham Əliyev Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gedib.

İlham Əliyev naməlum əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra fəxri qarovul dəstəsinin keçidi olub.