19 May 2024
"İlham Əliyev mənə açıq şəkildə bildirdi ki..." - Şarl Mişel

"İlham Əliyev mənə açıq şəkildə bildirdi ki..." - Şarl Mişel

05 Oktyabr 2023
Baxış: 413

"2 gün əvvəl (Antiterror əməliyyatından - red.) Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığım oldu, o, mənə açıq şəkildə bildirdi ki, Ermənistana qarşı heç bir ərazi ambisiyaları və tələbləri yoxdur".

AJMEDİA.İNFO xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib.

Siyasətçi bunu açıq şəkildə qeyd etmək lazım olduğunu deyib: "Hesab edirəm ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyır. Biz Ermənistana hərbi əməliyyatın nəticələrini aradan qaldırmağa kömək edəcəyik. Onu da nəzərə almalıyıq ki, Ermənistan Avropa İttifaqı ilə əlaqələri gücləndirmək istəyir. Biz iki il əvvəl Ermənistana 2 milyard avroluq investisiya paketi ilə bağlı söz vermişdik, bu vədi yerinə yetirməliyik və gecikdirə bilmərik. Ermənistanın bizim dəstəyimizə ehtiyacı var".