19 May 2024
İlham Əliyev İsrailin sabiq XİN rəhbərini QƏBUL ETDİ

İlham Əliyev İsrailin sabiq XİN rəhbərini QƏBUL ETDİ

04 Noyabr 2021
Baxış: 489

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib.

AJMEDİA.İNFO xəbər verir ki, görüşdə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunun önəminə toxunulub, Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışının böyük maraqla qarşılandığı bildirilib. Vurğulanıb ki, tədbirdə çox sayda mötəbər qonağın iştirak etməsi Qlobal Bakı Forumunun əhəmiyyətini bir daha nümayiş etdirir.

Söhbət zamanı bu Forumun pandemiyadan sonrakı dövrdə beynəlxalq birliyin üzləşdiyi məsələlərin müzakirə edildiyi ilk tədbirlərdən biri olduğu məmnunluqla qeyd edilib.