06 May 2024
"İlham Əliyev İsrail məsələsində qərarlıdır və heç bir güzəştə getmir" - Ərdoğan AÇIQLADI

"İlham Əliyev İsrail məsələsində qərarlıdır və heç bir güzəştə getmir" - Ərdoğan AÇIQLADI

27 Oktyabr 2021
Baxış: 1121

Azərbaycandan səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırıb.

AJMEDİA.İNFO xəbər verir ki, Türkiyə lideri İran-Azərbaycan münasibətlərindəki son gəlişmələrə də toxunub.

Jurnalist Ərdoğana belə bir sual ünvanlayıb: “İran son dönəmlərdə “İsraili bura gətirdiniz” bəhanəsi ilə Azərbaycanı ciddi şəkildə təhdid edir. Digər tərəfdən də, Ermənistanla əməkdaşlıq edərək, sanki sizin və cənab Əliyevin səylərini baltalamağa çalışır. Sizin buna münasibətiniz necədir?”

Türkiyə lideri suala belə cavab verib:

“Cənab İlham Əliyevlə bu məsələni müzakirə etdik. Cənab Əliyev öz mövqeyində qərarlıdır və bu qərarlı mövqeyində güzəştə getmir. Dedi ki, “Bizim İsraillə bağlı heç bir güzəştimiz yoxdur. Biz İsraillə hər cür mal mübadiləsində addım ata bilərik. Digər ölkələrlə addımlar atdığımız kimi, İsraillə də belə əlaqələrimiz var və bundan sonra da davam edəcək”.

Ölkələr belə məsələlərdə bir-birinin qərar mexanizmlərinə təsir etməməlidir və edə bilməz. Gözləntimiz budur ki, İran burada sağlam düşüncə ilə hərəkət edərsə, İranla Azərbaycan arasında heç bir problem olmayacaq”.