18 May 2024
İlham Əliyev bu təhlükəli adamın Azərbaycana ziyan vurmaması üçün əlindən gələni edir – ŞOK DETALLAR

İlham Əliyev bu təhlükəli adamın Azərbaycana ziyan vurmaması üçün əlindən gələni edir – ŞOK DETALLAR

07 Avqust 2021
Baxış: 714

“İnformasiya vasitələrində Prezident Makronla dövlət başçısı Əliyevin telefonla görüşündən çox kiçik bir reportaj verilib. Düşünürəm ki, bu görüşdə çox mühüm məsələlər müzakirə olunub. Çox ehtimal ki, Paşinyan Makrondan İlham Əliyevə telefon açmağı xahiş edib”.

AJMEDİA.İNFO xəbər verir ki, bu fikirləri Azərbaycanın sabiq spikeri Rəsul Quliyev səsləndirib. O bildirib ki, iki prezident arasında müzkirə edilən məsələlərdə daha dərin, daha ciddi problemlərə toxunulub: “Mən bu mürəkkəb məsələlərin nə olduğunu təqribən bilirəm, ancaq açıqlamaq istəmirəm, çünki Azərbaycana zərər gətirər: “Bir onu deyə bilərəm ki, Putinin Paşinyandan zəhləsi gedir və onu istənilən yolla uzaqlaşdırmaq fikrindən əl çəkməyəcək. Putin ekstra qisasçı adamdır. Ona ideya ilə düşmən olan onlarla insanı soyuqqanlılıqla öldürtdürüb.

Rəsul Quliyev Azərbaycana qayıtmaq istəyir

Jurnalist Politkovski, keçmiş KQB Berezovskinin adamı Litvinenko, Rusiyada baş nazirin birinci müavini olmuş Nemçov, GRU-nun polkovniki və onun qızı (zəhərləndirmişdi), Navalnını əvvəl öldürmək istəməsi, alınmayanda isə saxta cinayət işi açaraq həbs etdirməsi və sairə Putinin əməlləridir. Bu çox kiçik bir siyahıdır. Putinin ətrafında olan bütün ölkələrin prezidentləri onun qisasçı xarakterindən çəkinirlər. İndi növbədə birinci Paşinyandır. Bu siyahını Zelenski, Moldovanın prezidenti, Baltikyanı ölkələrinin və Polşanın prezidentləri ilə genişləndirmək olar. Prezident Əliyev bu təhlükəli adamın Azərbaycana ziyan vurmaması üçün əlindən gələni edir. Ancaq bu kifayət olacaqmı sualı həmişə qarşımızda dayanacaq”.