17 May 2024
İlham Əliyev 4 vəzifəli şəxsi İŞDƏN ÇIXARDI - SƏRƏNCAM

İlham Əliyev 4 vəzifəli şəxsi İŞDƏN ÇIXARDI - SƏRƏNCAM

04 Fevral 2022
Baxış: 566

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar.

AJMEDİA.İNFO xəbər verir ki, sərəncamlarla Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov işdən çıxarılıblar.

Prezidentin digər sərəncamları ilə səhiyyə nazirinə 3 yeni müavin təyin olunub. Belə ki, İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.