17 May 2024
İki min sakini olan Nüydü kəndinin yararsız yolu - VİDEO

İki min sakini olan Nüydü kəndinin yararsız yolu - VİDEO

07 Yanvar 2022
Baxış: 502

Nüydü kəndi Şamaxının ucqar və sonuncu kəndlərindən biridir. Kəndi rayon mərkəzi ilə birləşdirən yol isə bərbad vəziyyətdədir.

AJMEDİA.İNFO xəbər verir ki,Şagirdlər bu yoldan hər gün məktəbə gedib-gəlmək üçün istifadə edir. Onlar çiyinlərində çanta, əllərində ehtiyat ayaqqabı ilə bu palçıqlı yollarda hərəkət etməyə çalışırlar. Palçıqlı yol bitəndə isə ayaqqabını dəyişib yollarına davam edirlər.

İki minə yaxın sakini olan Nüydü kəndinin yol problemi ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəşad Əliyev bildirib ki, növbəti illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində kənddə asfatlaşma prosesinə başlanılacaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Teqlər: Şamaxı