20 May 2024
İki gənc qız metro tunelinə düşüb, qaçdı...- "20 Yanvar" stansiyasında OLAY

İki gənc qız metro tunelinə düşüb, qaçdı...- "20 Yanvar" stansiyasında OLAY

27 Aprel 2022
Baxış: 423

İki gənc qız "20 Yanvar" stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə "20 Yanvar" stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.