19 May 2024
II Elizabetin dəfn mərasiminə BU ÖLKƏLƏR DƏVƏT EDİLMƏDİ - SİYAHI

II Elizabetin dəfn mərasiminə BU ÖLKƏLƏR DƏVƏT EDİLMƏDİ - SİYAHI

13 Sentyabr 2022
Baxış: 482

Kraliça II Elizabetin sentyabrın 19-da keçiriləcək dəfn mərasiminə Rusiya, Belarus və Myanma liderləri dəvət olunmayıb. İrana isə səfir səviyyəsində dəvət göndərilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “PA Media” məlumat yayıb.

Qeyd edək ki, 96 yaşında dünyasını dəyişən Britaniya kraliçasının dəfn mərasiminə dünyanın hər yerindən 500-ə yaxın yüksək vəzifəli məmurun qatılacağı gözlənilir.

Məlumata görə, Vestminster Abbey kilsəsindəki mərasimə qatılacaq dövlət və ya hökumət başçılarının yalnız özlərinə və həyat yoldaşlarına yer ayrılacaq.

Bildirilib ki, liderlər iştirak etməsə, onları təmsil etmək üçün mərasimdə nazir kimi yüksək səviyyəli məmurlar iştirak edə bilər.(konkret.az)