18 May 2024
İdlibdə silahlı hücumda bir suriyalı əsgər yaralandı

İdlibdə silahlı hücumda bir suriyalı əsgər yaralandı

28 Oktyabr 2021
Baxış: 756

Suriyanın İdlib vilayətində silahlıların minaatanlardan atəşə tutması nəticəsində bir suriyalı əsgər yaralanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə mərkəzin rəhbərinin müavini, kontr-admiral Vadim Kulit bildirib.

“İdlib əyalətində terrorçuların Əz-Ziar bölgəsindən hökumət qüvvələrinin Sanjeka qəsəbəsi ərazisindəki mövqelərini minaatanlardan atəşə tutması nəticəsində Suriya əsgəri yaralanıb”, - Qulit bildirib.

Onun sözlərinə görə, son sutka ərzində İdlib deeskalasiya zonasında silahlıların mövqelərindən 9 hücum qeydə alınıb.

Kulit vurğulayıb ki, mərkəz qeyri-qanuni silahlı birləşmələrin komandirlərini silahlı təxribatlardan əl çəkməyə və nəzarət etdikləri ərazilərdə vəziyyətin sülh yolu ilə nizamlanması yolunu tutmağa çağırır.