20 May 2024
İcra başçısı özünə yeni avtomobil aldı

İcra başçısı özünə yeni avtomobil aldı

20 Mart 2024
Baxış: 460

Ağstafa Rayon İcra Hakimiyyəti üçün 57 800 AZN-ə xidməti minik avtomobili alınıb.

AJMEDIA.İNFO Qaynarinfo-ya istinadən xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib.

Təchizatçının kimliyinə gəlincə, bu, “Auto Azərbaycan” MMC-dir. “Auto Azərbaycan” MMC “Hunday” şirkətinin Azərbaycandakı distribütorudur.

İddialara görə, xidməti minik avtomobili Ağstafa rayonunun icra başçısı Seymur Orucov üçün alınıb.

Seymur Orucov 2020-ci ildən Ağstafaya rəhbərlik edir.