18 May 2024
İcra başçısı “döyülməsindən” yazdı: Xəbər tutdum ki…

İcra başçısı “döyülməsindən” yazdı: Xəbər tutdum ki…

23 İyun 2023
Baxış: 549

Tədbir zalından indi çıxmışam, baxıram sosial şəbəkələrdə haqqımda həqiqəti əks etdirməyən məlumatlar yayılıb. Sosial şəbəkələr vasitəsi ilə insanlarımızda çaşqınlıq yaratmaq mümkün deyil və olmayacaq.

Bu sözləri Neftçala rayonunun icra başçısı Mirhəsən Seyidov sosial şəbəkələrdə döyülməsi barədə yayılan məlumatlar haqda qeyd edib.

O bildirib ki, vətəndaşımıza şərəfli və ləyaqətlə xidmət etmək bizim qarşımızda duran ən başlıca vəzifədir.

Qeyd edək ki, Neftçala rayonunun Bankə qəsəbəsində vətəndaşlarla səyyar görüş keçirən Neftçala rayon icra başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyüldüyü, Zaur adlı kənd sakininin başçıya “kəllə atdığı” iddia edilmişdi.

DİN bundan öncə yayılan məlumatı təkzib edib. axar.az