18 May 2024
İçərisində 5 qadının olduğu “Porsche” aşdı - VİDEO

İçərisində 5 qadının olduğu “Porsche” aşdı - VİDEO

02 Oktyabr 2023
Baxış: 681

Bu gün saat 13:15 radələrində Yevlax rayonu ərazisində ağır yol qəzası baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, Xaldan dairəsindən Şəkiyə gedən yolda xanım sürücünün idarə etdiyi “Porsche Cayenne” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 qadın sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Yoldan keçən digər şəxslər polisə və təcili tibbi yardıma məlumat veriblər.

Hadisə yerindən görüntüləri təqdim edirik: