20 May 2024
“Hüquq fəlsəfəsində şəxsiyyətin üstünlüyü” David Seliverstov

“Hüquq fəlsəfəsində şəxsiyyətin üstünlüyü” David Seliverstov

02 İyun 2023
Baxış: 1626

Azərbaycanın İlk Milli Konstitusiyası hüquqi, ictimai-siyasi və fəlsəfi hüquqi sənəddir."

Hüquqi sistem və onun əxlaqi, ictimai-siyasi funksiyaları təkcə hüquq elmində deyil, filosofların və hüquqşünasların da tədqiq etdiyi əsas mövzulardan biridir.Hüququn əsasın ədalət təşkil edir və ədalət anlayışı, ilk növbədə, hüququn prinsiplərini əks etdirir. Ona görə ki, hüququn hədəfi ədaləti bərpa etməkdir və bunlarbir-birini tamamlayır.

Hüquq, insanların dəyəridir. Bəşəriyyət insan cəmiyyətini hüquqla idarə etməklə yaxşı bir üsul tapmışdır.Çünki hüquq bərabərlik, ədalət və mənəviyyatı əks etdirərək, insanlar üçün qəbul edilə biləcək ortaq bir mövqedir.

Hər kəs öz hüquqlarını dərk edərək, bu hüquqlar haqqında müəyyən biliklərə malik olmalı, bu hüquqları həyata keçirmək üçün təcrübə və səriştə qazanmalıdır. Hüquqlarının təmin olunmasını tələb etməyən, onların reallaşmasına çalışmayan insan öz ləyaqətinə, mənsubiyyətinə, mənliyinə, əxlaqına yadlaşması və özgələşməsi ilə qarşılaşır.

İnsan özündən asılı olmayan səbəblərə görə, hüquqlarını reallaşdıra bilmədikdə, yaxud hüquqlarının məhdudlaşdırılmasına və nəticədə, onların itirməsinə yol verdikdə, o, yaşamalı olduğu layiqli insan həyatından məhrum olunur. Bu, insanların şərəf və ləyaqətinə tam cavab verən və kamil bir həyatı ifadə edən insan hüquqlarıdır.

İnsan hüquqlarına dair fəlsəfə, hüquq, sosial-siyasi sahələrdə mövcud olan bütün əsərlərdə hüquqlar, məhz insanlara məxsusdur.

Hüquq fəlsəfəsi, fəlsəfənin bir qolu olmaqla müəyyən bir zamanda və bir yerdə insanın ruhuna münasibətdə qanunun varlığını araşdırma obyektidir.Qanunun fəlsəfəsi, qanunu mümkün edən əxlaqi, məntiqi və tarixi şərtləri axtarmaq üçün qanuni fenomenin ümumi baxışını əhatə edir.Bu mənada, hüquq fəlsəfəsi öz əksini tapma obyekti olaraq, insani, sosial, mənəvi və tarixi ölçüsünü və etik və əxlaqi fəlsəfə ilə əlaqəsini nəzərə alır.

Hüquq fəlsəfəsi 3 əsas məsələni hüququn son rəsmi məqsədi, qanunun mədəni dəyərlər sahəsindəki mövqeyi və qanunun vətəndaşların davranışına təsirini əhatə edir.

Cəmiyyətin siyasi sistemi və konstitusion idarəetmə üsulu barədə üç əsr bundan əvvəl siyasi filosoflar Lokk, Humbolt və digərləri fikirlər söyləmişlər. Müasir konstitusiyalar yaranana qədər - hələ XVIII əsrin axırlarından Avropa və Amerikada ilk konstitusiya sənədləri meydana çıxmışdı.

Müstəqil dövlətimizin tarixinə nəzər saldıqda konstitusiya, demokratiya və insan haqlarında etik dəyərlərə diqqət etmək hüquqi, ictimai-siyasi və fəlsəfi aspektdə təhlillər aparmaq olduqca zəruridir. Çünki 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra konstitusiyada, demokratik prinsiplərdə, insan haqlarında və digər məsələlərdə insanların rifahı və gələcəyi naminə bir sıra əlavələr və dəyişikliklər olmaqla yanaşı, həm də etik dəyərlərə daha çox diqqət olunurdu. Səbəbi odur ki, Azərbaycan tarixən təkcə güclü dövlətçilik, demokratik və hüquqi prinsipləri ilə deyil, həm də bütün hallarda etik normaları qoruyan, bunlara yerindəcə əməl edən, ümumbəşəri və milli dəyərlərə söykənən və dövlətçilik ənənələrini qoruyan fədakar bir millət kimi tarixdə iz qoymuşdur. Bütün bu müddəalar Azərbaycan Respublikasının Konstitusiyasında, demokratik prinsiplərində və insan azadlıqlarında öz əksini tapmışdır.

Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi cox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir. O demişdir: "Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik" - deyən ulu öndər Heydər Əliyev konstitusiyaçı alim kimi bu sahədə bütün problemləri öyrənərək və görkəmli filosoflarının elmi irsinə mükəmməl yiyələnərək Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını yaratdı.

1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz ümummilli liderimiz Heydər Əliyevdir. Dahi rəhbər qeyd olunan Komissiyanın 10 noyabr 1995-ci il tarixli iclasında demişdi: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".

Həqiqətən də, bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, hüquq fəlsəfəsi, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir.

Ulu Öndər məhz bunları rəhbər tutaraq təkcə konstitusiya, demokratiya və insan haqlarında deyil, bütün sahələrdə milli-mənəvi və etik dəyərlərin inkişafına, tətbiqinə səy göstərmişdir. Fikirlərimi Heydər Əliyevin dəyərli sözləri ilə yekunlaşdırmaq istəyirəm: “hər bir şəxs Konstitusiyaya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”

.

.

.

David Seliverstov