18 May 2024
Honduras yaxın vaxtlarda Yerusəlimdə səfirliyin açılacağını elan etdi

Honduras yaxın vaxtlarda Yerusəlimdə səfirliyin açılacağını elan etdi

21 Sentyabr 2020
Baxış: 1429

Honduras Yerusəlimdə səfirliyin açacaq. İsrail Baş naziri Benyamin Netanyahu və Honduras Prezidenti Juan Orlando Hernandez, gecə telefon danışığı zamanı hər iki dövlətin paytaxtlarında səfirlik açmağı qəbul ediblər. Bunu bu ilin sonuna qədər etmək niyyətlərini bildiriblər.

Liderlər səfirliklərin açılması barədə ortaq bir bəyannamə ilə çıxışlar edərək, iki dövlət arasında "yaxın dostluq və strateji əməkdaşlığı" vurğulayıblar. Prezident Hernandez, Fars Körfəzindəki iki ərəb ölkəsi ilə "İbrahim müqaviləsi" nin bağlanması münasibətilə Netanyahunu da təbrik edib.

Honduras 2019-cu ilin martında Yerusəlimin İsrailin paytaxtı olaraq tanıyıb və bu ilin sonuna qədər orada ticarət nümayəndə ofisi açmışdır.

ABŞ Yerusəlimi İsrailin paytaxtı olaraq tanıyaraq, səfirliyini 2017-ci ilin dekabrında Təl-Əvivdən paytaxta köçürtmüşdür. O vaxtdan bəri başqa dövlətlər olan, Qvatemala da oxşar bir addım atdı. Sentyabrın əvvəlində Netanyahu və Tramp Serbiya və Kosovonun da Yerusəlimə səfirliklərini açacaqlarını elan etdilər.

Teqlər: Honduras