19 May 2024
Hollandiyada polisin gözü qarşısında Quran yandırıldı – VİDEO

Hollandiyada polisin gözü qarşısında Quran yandırıldı – VİDEO

14 Yanvar 2024
Baxış: 560

İslam dininə və onun müqəddəslərinə qarşı təzyiqlər səngimək bilmir. Bu dəfə hədəf yenə də Qurani-Kərim olub.

AJMEDİA.İNFO xəbər verir ki, Hollandiyada polisin mühafizəsi altında İslam dininin müqəddəs kitabı olan Qurani-Kərim yandırılıb.

İslamofobiyanın tüğyan etdiyi Avropada zaman-zaman bu cür hadisələrə rast gəlinir. Belə ki, bir müddət öncə İsveçdə irqçi siyasətçi Rasmus Paludan Qurani-Kərimi yandırmışdı. Bu dəfə isə Hollandiyada PEGİDA hərəkatının lideri Edvin Vaqensveld polisin müşayiəti ilə Qurani-Kərimi yandırıb. Qalmaqallı aksiyaya reaksiya vermək istəyən etirazçılara Hollandiya polisi çox sərt müdaxilə edib.

Belə ki, polis etiraz etmək istəyən və əksəriyyəti türklərdən ibarət olan insanları yerdə saxlayıb və əllərini qandallayıb. Baş verən insident zamanı Qurani-Kərimi yandırmaq istəyən Vaqensveld başından yaralanıb. Globalinfo.az