16 May 2024
Hollandiya Dəmir Yolu Holokost qurbanlarının ailələrinə 32 milyon avro ödəyir

Hollandiya Dəmir Yolu Holokost qurbanlarının ailələrinə 32 milyon avro ödəyir

25 Fevral 2020
Baxış: 389

Təxminən 4000 nəfər - İkinci Dünya müharibəsindən sağ qalanlar və qurbanların yaxınları Nederlandse Spoorvegen (NS) dəmir yolu şirkətindən kompensasiya alıblar.

Hollandiyanın əsas dəmiryol daşımaları Holokost qurbanlarına və onların yaxınlarına təxminən 32 milyon avro təzminat ödəyib. Şirkət sağ qalanların və qurbanların qohumlarının 4000-ə yaxın müraciətini araşdırdı və hamısı 5 ilə 15 min avro arasında aldığını bildirib. Bu barədə Deutsche Velle məlumat yayıb.

İkinci Dünya Müharibəsi illərində Hollandiya dəmiryolu, nasistlərin təxminən 110 min yəhudi və qaraçı daşımalarına kömək etdiyi söylenilir.

Ötən ilin iyun ayında, II Dünya Müharibəsinin bitməsindən təxminən 75 il sonra, Nederlandse Spoorvegen dəmir yolu şirkəti Holokostdan sağ qalanlara və yaxınlarına yəhudilər və qaraçıları Almanların qurduğu Vesterbork konsentrasiya düşərgəsinə daşıdıqları üçün kompensasiya ödəməyi qərara almışdır.

Şirkət, Milli Sosialist diktaturası illərində sağ qalan 500 nəfərə və Holokost qurbanlarının 5 minə yaxın qohumuna kompensasiya hüququ verən şəxslərin sayını hesablayıb