05 May 2024
"Hizbullah"dan HƏMAS-a DƏSTƏK: İsrailə onlarla raket ATDI

"Hizbullah"dan HƏMAS-a DƏSTƏK: İsrailə onlarla raket ATDI

09 Oktyabr 2023
Baxış: 379

"İsrail Livanı “təqib etmədikcə” Hizbullah döyüşlərə qoşulmayacaq"

AJMEDİA.İNFO “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu Livanın xarici işlər naziri Abdullah Buhabib deyib.

Məlumata görə, dünən səhər saatlarında İsrailin cənubunda döyüşlər davam edərkən Hizbullah Livan sərhədindəki İsrail hərbi obyektlərinə minaatanlardan atəş açıb.

İranın dəstəklədiyi terror qruplaşması HƏMAS-ın hücumu ilə həmrəy olaraq mübahisəli Dov dağı bölgəsində İsrailin üç mövqeyinə onlarla raket və mərmi atdığını iddia edib.

İsrail Müdafiə Qüvvələri yaralananlar barədə məlumat verməyib, atışmaların aparıldığı əraziyə artilleriya atəşi və bölgədəki “Hizbullah infrastrukturuna” pilotsuz təyyarə zərbəsi ilə cavab verdiyini bildirib.

Hərbi mənbənin sözlərinə görə, pilotsuz təyyarənin hücumu zamanı hədəf alınan yer terror qruplaşmasının bir neçə ay əvvəl İsrail ərazisində qurduğu çadır olub.(Sfera.az)