05 May 2024
"Hizbullah" İsrail ərazisinə 18 raket atdi - YARALANANLAR VAR

"Hizbullah" İsrail ərazisinə 18 raket atdi - YARALANANLAR VAR

13 Noyabr 2023
Baxış: 385

Livanın "Hizbullah" terror təşkilatının silahlıları sərhəd bölgələrində İsrail ordusunun mövqelərinə və mexanikləşdirilmiş patrullara 18 raket zərbəsi endirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "əl-Məyadin" telekanalı məlumat yayıb.

Məlumata görə, Ərəb-Aramşe, əl-Merj və Vadi-Honin əraziləri atəşə tutulub.

Raketlərin əksəriyyəti yaşayış olmayan ərazilərə düşüb. Bununla belə, iki yəhudi mühacir yaralanıb.

“The Times of Israel” qəzetinin verdiyi məlumata görə, noyabrın 12-də “Hizbullah”ın yəhudilərin yaşadığı Dovev qəsəbəsini atəşə tutması nəticəsində 17 mülki şəxs yaralanıb.