17 May 2024
Hindistanda dindarların mübahisəsi 12 nəfərin ölümü ilə bitdi - VİDEO

Hindistanda dindarların mübahisəsi 12 nəfərin ölümü ilə bitdi - VİDEO

01 Yanvar 2022
Baxış: 663

Hindistanın Katra şəhərinin yaxınlığında yerləşən Vayşno Devi məqbərəsinin ətrafında baş verən izdiham nəticəsində azı 12 nəfər ölüb, daha 14 nəfər yaralanıb.

AJMEDİA.İNFO xəbər verir ki,Hüquq mühafizə orqanlarından verilən məlumatda qeyd olunur ki, hadisə gecə saatlarında baş verib.

İnsident zəvvarlar arasında mübahisə nəticəsində yaranıb. Ümumilikdə məbədin ətrafında 70-80 minə yaxın ziyarətçi olub. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Teqlər: Hindistan