20 May 2024
Hindistanda avtobus dərəyə aşıb, 10 nəfər ölüb, 55 nəfər xəsarət alıb

Hindistanda avtobus dərəyə aşıb, 10 nəfər ölüb, 55 nəfər xəsarət alıb

30 May 2023
Baxış: 463

Hindistanın şimalında Cammu-Srinaqar şossesində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 10 nəfər ölüb, 55 nəfər xəsarət alıb.

Xəsarət alanlar tibb müəssisələrinə təxliyə edilib.

Xilasetmə əməliyyatlarında hərbi birləşmələr və Fövqəladə Hallara Qarşı Dövlət Xidməti cəlb olunub.

Bildirilir ki, avtobusda icazə veriləndən daha çox sərnişin olub.

Teqlər: