17 May 2024
Hindistan strateji neft ehtiyatlarını açır

Hindistan strateji neft ehtiyatlarını açır

23 Noyabr 2021
Baxış: 619

Hindistan hökuməti bazardakı qiymətləri azaltmaq üçün strateji neft ehtiyatlarından 5 milyon barel nefti satmaq qərarına gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti bildirib.

Bu addımın ABŞ, Çin, Yaponiya, Cənubi Koreya kimi böyük enerji istehlakçısı ölkələrilə razılaşdırılmış şəkildə atılacağı qeyd olunur.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ strateji neft ehtiyatından 50 milyon barel neftin açıq satışa buraxıldığı bildirilib.

Teqlər: Hindistan