16 May 2024
Hindistan ölkəyə gələn əcnəbilər üçün yeni qaydalar tətbiq etdi

Hindistan ölkəyə gələn əcnəbilər üçün yeni qaydalar tətbiq etdi

20 Oktyabr 2021
Baxış: 454

Hindistan səlahiyyətliləri dünyada peyvənd edilənlərin sayının artması və COVID-19-a yoluxma sayının azalması ilə əlaqədar olaraq ölkəyə giriş qaydalarını yenidən nəzərdən keçiriblər.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Yeni giriş qaydalarına görə, xarici səyahətçilərə 30 günlük müddətə birdəfəlik adi və elektron turist vizaları veriləcək. Onlar bu viza əsasında yalnız hava və ya dəniz yolu ilə ölkəyə daxil ola biləcəklər.

Eyni zamanda Hindistana gəlmək istəyənlər “Air Suvidha” portalında qeydiyyatdan keçməli və səfərdən 72 saat əvvəl koronavirusa qarşı mənfi test cavabını əlavə etməlidirlər.

Yalnız mənfi test nəticələri əvvəlcədən portala yükləmiş şəxslər təyyarəyə minə biləcəklər.

Qeyd edək ki, yeni qaydalar oktyabrın 25-dən etibarən qüvvəyə minəcək.