16 May 2024
Hindistan Ermənistana BrahMos qanadlı raketləri və Pralay ballistik raketləri verə bilər
Hindistan Ermənistana BrahMos qanadlı raketləri və Pralay ballistik raketləri verə bilər

Hindistan Ermənistana BrahMos qanadlı raketləri və Pralay ballistik raketləri verə bilər

21 Dekabr 2023
Baxış: 483

Hindistan Ermənistanla raket sistemlərinin mümkün satışı ilə bağlı danışıqlar aparır.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin tabeliyində olan Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatına istinadən Hindistan Müdafiə Araşdırma Qanadı portalı məlumat yayıb.

Xüsusilə Hindistan səsdən sürətli “BrahMos” qanadlı raketi və “Pralay” qısa mənzilli ballistik raketi tədarük etməkdə maraqlıdır.

Qeyd edilir ki, “Pralay” raketinin uçuş məsafəsi 150-500 km, BrahMos raketi isə 290 km-ə qədərdir.

Mənbə qeyd edib ki, Ermənistanla potensial sövdələşmə Hindistanın müdafiə ixracı və Yerevanla strateji tərəfdaşlığı üçün irəliyə doğru mühüm addımdır.