17 May 2024
Hindistan ABŞ-dan alınan yeni silahları Çinlə sərhədə yerləşdirdi

Hindistan ABŞ-dan alınan yeni silahları Çinlə sərhədə yerləşdirdi

29 Oktyabr 2021
Baxış: 393

Hindistan Çinlə sərhədə bu yaxınlarda ABŞ-dan aldığı silah sistemlərini, o cümlədən helikopter və artilleriya qurğularını yerləşdirib.

AJMEDİA.İNFO xəbər verir ki, Butan və Tibetlə sərhəddə yerləşən Tavanq ərazisində ABŞ istehsalı “Chinook”, 155 millimetrlik M-777 haubitsaları cəlb olunub.

Bununla yanaşı, ərazidəki hərbi hissələrin hərbçilərinə ABŞ-dan yeni alınan “SIG Sauer 716” silahları paylanılıb.