18 May 2024
Hikmət Hacıyevdən Ermənistan açıqlaması: "Cavab gözləyirik!"

Hikmət Hacıyevdən Ermənistan açıqlaması: "Cavab gözləyirik!"

20 Yanvar 2022
Baxış: 423

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistan Azərbaycan münasibətlərin normallaşdırılması ilə bağlı məsələlərə toxundu.

AJMEDİA.İNFO-dan Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasındakı potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması məsələlərinə toxunub:

"Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik. Ermənistan regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün qiymətləndirməli və nəticə çıxmalıdır".