18 May 2024
Həyətindəki istixanada narkotik becərən şəxs saxlanıldı - FOTO

Həyətindəki istixanada narkotik becərən şəxs saxlanıldı - FOTO

31 Avqust 2021
Baxış: 626

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AJMEDİA.İNFO-ya verilən məlumata görə, rayonun Siyavuş Sərxanlı kənd sakini Sahib Məmmədova məxsus, fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

İstixanaya baxış zamanı oradan 12 ədəd çətənə kolu aşkar olunub. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.

Faktla Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.