18 May 2024
HEYDƏR ƏLİYEV YOLUNUN LAYİQLİ DAVAMÇISI İLHAM ƏLİYEV - David Seliverstov

HEYDƏR ƏLİYEV YOLUNUN LAYİQLİ DAVAMÇISI İLHAM ƏLİYEV - David Seliverstov

07 Fevral 2024
Baxış: 483

“Ümumİsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin” rəhbəri, “Magen David Azərbaycan”nın direktoru David Seliverstov 7 fevral 2024-cü il Prezident seçkiləri ilə bağlı AJMEDİA.İNFO-a müsahibə vermişdir.

.
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və hər zaman qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideri hesab olunur.

2003-cü ildən başlanan böyük yolun davamı Azərbaycanı tarixi Zəfəri ilə qürurlandırdı.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev böyük inamla və uğurla ölkəmizi strateji hədəflərə doğru aparmağa davam edir. Bu siyasi kursun müəyyənləşdirdiyi yol xəritəsi güclü iqtisadi potensialın formalaşdırılmasını, müasir cəmiyyət quruculuğunu, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan Silahlı Qüvvələrin yaradılması və inkişafını, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin genişləndirilməsini və bütün bunların son hədəfi kimi Azərbaycanın müstəqil siyasətini, ərazi bütövlüyünün və suverenliyinin bərpasını nəzərdə tutur.

Bu gün 7 fevral 2024- cü il Azərbaycanda Prezident seçkiləri günüdür.

Bu gün əminliklə və qürurla qeyd edə bilərik ki, Heydər Əliyev siyasi kursuna əsaslanan hər bir vəd konkret əməli işə söykənərək uğurla davam edir.

Necə ki, Ümumlider Heydər Əliyev öz çıxışlarının biri də demişdir “Mən çox nikbinəm və çox inanıram, əminəm ki, biz Azərbaycanın olan ağır problemi, ağlr məsələni həll edəcəyik. Həll edəcəyik!
İşğal altında olan torpaqlar azad olunacaqdır. İnaanlar, öz doğma torpaqlarına qayıdacaqdır. Bu torpaqlarda viran olmuş, dağıdılmış şəhərlər, kəndlər, evlər, insan yaşayışı üçün hər bir şey bərpa olunacaqdır.”

Biz hər zaman Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyətində onun yanındayıq.

Tanrı Azərbaycanımızı qorusun!