16 May 2024
"Həyatımda olan şəxsin borcudur, hədiyyə verməlidir" - Xalq artisti Röya Ayxan

"Həyatımda olan şəxsin borcudur, hədiyyə verməlidir" - Xalq artisti Röya Ayxan

27 İyul 2023
Baxış: 532

“Özüm haqqında “Azərbaycanın ən zəngin müğənnisi Röyadır” sözlərini hər zaman eşitmişdim. Gənc yaşlarımda deyirdim ki, mənim də elə obyektlərim, evlərim olacaq. Hər zaman yaxşı şeylər arzulamışam. Deməmişəm ki, kimdəsə bunlar haradandır, necə qazandı, mən niyə qazanmıram. Xeyr! Sadəcə demişəm ki, mən həmin o insan kimi olacağam. Mən də bu müğənni kimi olacağam, mənim də bir neçə avtomobil kolleksiyam olacaq. Kişilərin bahalı avtomobillərindən xoşum gəlirdi. Həmin həyatı da özüm üçün qurmuşam”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu televiziya verilişlərindən birində deyib.



Sənətçi uzun müddətdir haqqında gəzib-dolaşan “Röyanın yaşadığı villanı hədiyyə ediblər” söz-söhbətlərinə aydınlıq gətirib:



“Arada deyib gülürəm ki, beş ilə bir dənə ev tikdirdim... Beş il, yəni pulun olmamasına görə yox, deyərlər ki, Röya ağlayır. Xeyr! Qadın olduğum üçün ətrafımda, iki qardaşım uzaqda yaşayır, atam rayon adamıdır, evdədir, təmir işləri ilə məşğul olan adamım yox idi. Sürücüm məşğul olurdu, amma o da davamlı yanımda idi.



Bir gün prodüserim Kənan gedib gördü ki, pilləkəni pəncərədə tikiblər. Bir gün gedib gördüm ki, pilləkəni düz yox, fiqurlu tikiblər. Sökdük! Bu kimi problemlər beş il davam etdi. Liftin yerini unutmuşdular. Liftin yerini qoyublar, amma növbəti mərtəbələrdə yerini qoymamışdılar. Bu kimi məsələlər mənim beş ilimi apardı.



Deyirəm ki, bu beş ildə bir ev tikdirdim, elə deyirlər ki, bu evi mənə kimsə hədiyyə verib. Bu kimi fikirləri səsləndirənlər iki yerə bölünür: Bunun öz qazancına nə gəlib, bir gündə 3-4 toydadır və qiyməti də bəllidir və digər tərəf, hədiyyə veriblər söyləyənlər. Kimsə mənə hədiyyə də verirsə, niyə etməsin ki, əgər o mənim həyatımdadırsa. Bu, onun borcudur.


Bir qadın hədiyyə almağı sevər. Amma belə də yox da... Mən yaxşı fikirləri oğurlayan qızam. Mənə yaxın dostlarım deyirlər ki, sən süngərsən, su tökürsən üzərinə yığır. Oğlan müğənnilərdən isə Zamiq Hüseynov belədir. Eyni ilə mənəm”.



Röya Mayamidəki evindən də söz açıb:



“Mayamidə ev almaq mənim ən böyük arzumdur. İnanın ki, iki ildən sonra mənim orada evim olacaq. Buna doğru gedirəm. Hər il yaşıl dəftərimə arzu, istəklərimi yazıram. Keçən il yazdım ki, təşəkkür edirəm ki, filan ölkədə mənə ev qismət etdin. Bu il isə biz o evi aldıq. Aldıqlarım isə övladım Hüseynin və onun gələcək uşağınındır. Övladımı isə mən 20 yaşında evləndirəcəyəm”.



Xalq artisti həyatında heç kimin olmadığını vurğulayıb:


“Həyatımda heç kimim yoxdur. Əvvəllər verdiyim müsahibələrimə baxıb deyirəm ki, mən necə axmaq olmuşam. Demişəm ki, həyatımda kimsə olmasa, yaşaya bilmərəm. İndi səhər yatağımdan durub söyləyirəm ki, Allahım, bu necə gözəl həyatdır. Düşürəm aşağı, dostlarım evimə qonaq gəlir. Həyatım çox çətin gedir. Dəhşətli dərəcədə məni qısqanırlar. İstəmirəm! Həyatım belə çox gözəl, amma sıxıcı deyil, çünki gedərsən gəzməyə, kimsə səni restorana yeməyə aparar (gülür)”.

(Bizim.Media)