17 May 2024
"Həyatımda heç vaxt plastik əməliyyat etdirməmişəm" - Ancelina Coliyə bənzəmək istəyən qadın

"Həyatımda heç vaxt plastik əməliyyat etdirməmişəm" - Ancelina Coliyə bənzəmək istəyən qadın

28 Oktyabr 2022
Baxış: 405

Ancelina Coliyə oxşamaq üçün plastik əməliyyat nəticəsində bütün dünyanın gündəmini zəbt edən və “zombi gəlin” adı verilən iranlı Səhər Tabar illər sonra bütün dünyanı şoka salan açıqlama verib.

AJMEDİA.İNFO bildirir ki, sosial mediada Səhər Tabar kimi tanınan Fatemeh Khisvənd həbsdən çıxdıqdan sonra İran televiziyasına müsahibə verib.
Xisvənd həyatında heç vaxt plastik əməliyyat keçirmədiyini deyib.

Sosial mediada "Zombi Ancelina" və ya "Ölü gəlin" kimi tanınan 22 yaşlı internet fenomeni "Səhər Tabar" qorxunc görünüşü ilə bütün dünyanın diqqətini çəkmişdi. Səhər Tabar Ancelina Coliyə bənzəmək üçün 40 kilo arıqladığını və 50 dəfə bıçaq altına girdiyini iddia etmişdi. O, bütün dünyanı aldatdığını etiraf edib.

Səhər Tabar əxlaqsızlığa, küfr və korrupsiyaya təhrik etməkdə ittiham edilərək 2019-cu ildə həbs edilmişdi.


14 ay həbsdə olan gənc qadın həbsdən sonra telekanala çıxdığını və əməliyyatsız olduğunu hər kəsin gördüyünü bildirib.

Uşaqlıqdan məşhur olmaq istədiyini deyən Tabar sosial mediada yayılan görüntüləri montaj bacarığı sayəsində yaratdığını bildirib. Tabar “İnstaqramda gördükləriniz əvvəldən kompüter effektləri idi” deyib.

Başına gələn hadisələrdən sonra daha məşhur olmaq istəmədiyini qeyd edən qadın sosial mediadan tamamilə ayrıldığını bildirib :


“Daha telefonuma İnstaqram belə yükləməyəcəm”.

Səhər Tabar 2017-ci ildə açdığı İnstaqram hesabında paylaşdığı fotolar sayəsində qısa zamanda 500 min izləyici qazanmışdı.

Tabarın hesabından paylaşdığı qorxulu fotolar illərdir müzakirə edilirdi.

Lakin onun əsl görünüşü də ən az paylaşdığı montaj fotolar qədər müzakirə mövzusuna çevrilib.(sfera.az)