18 May 2024
Hərbi attaşenin Sudandakı iqamətgahına hücum olub

Hərbi attaşenin Sudandakı iqamətgahına hücum olub

16 May 2023
Baxış: 537

Bazar ertəsi Küveytin Xartumdakı səfirliyindəki hərbi attaşenin iqamətgahına hücum edilib.

Bu barədə Küveytin Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Bazar ertəs Küveytin Xartumdakı səfirliyindəki hərbi attaşeliyin rəhbərinin iqamətgahına hücum edilib", - deyə XİN-in açıqlamasında bildirilir.

Bildirilir ki, hücum edən şəxslər vandalizm aktları törədib.

XİN-dən qeyd edilib ki, Küveyt bu hücumu pisləyir və xüsusilə diplomatik nümayəndəliklərə və digər əlaqəli binalara qarşı yönəldilmiş hücumların bütün formalarına qarşı çıxır.

Nazirlik Sudan hakimiyyətinə və respublikadakı bütün münaqişə tərəflərinə müraciət edərək diplomatik nümayəndəliklərin və onların əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməyə çağırıb.

Teqlər: