19 May 2024
Hərbçilərimiz mühasirəyə düşüb? - Müdafiə Nazirliyindən AÇIQLAMA

Hərbçilərimiz mühasirəyə düşüb? - Müdafiə Nazirliyindən AÇIQLAMA

16 Sentyabr 2022
Baxış: 561

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.

Bu barədə AJMEDİA.İNFO-ya Müdafiə Nazirliyinin məlumat verilib.

“Bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir. Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur. Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq”, - qeyd olunub.