17 May 2024
Həmas terror təşkilatının İsrailə qarşı olan hücumu davam edir - Rüstəm Tagızadə

Həmas terror təşkilatının İsrailə qarşı olan hücumu davam edir - Rüstəm Tagızadə

07 Oktyabr 2023
Baxış: 1000

Həmas terror təşkilatının İsrailə qarşı olan hücumu davam edir. Hal-hazırda İsraildə hərbi-vəziyyət elan edilib. Son zamanlar terrorçuların təxribatları çoxalmışdı. Həmas terror təşkilatı İran və Suriyadan maliyyələşir.
Keçmiş İDF kəşfiyyat rəisi Amos Yadlin Yom Kippur müharibəsinin əks-sədalarına istinad etdi - düşmənin münaqişəyə başlaması ilə "kəşfiyyat uğursuzluğu" kimi qeyd edib.
Bununla belə, o vurğulayıb ki, İsrail sakit olmalıdır. Yadlin bildirib ki, təcili prioritet İsrail daxilindəki bütün terrorçuların izinə düşmək və onlarla mübarizə aparmaq və münaqişənin digər cəbhələrə, xüsusən də şimaldakı Hizbullaha yayılmasının qarşısını almaqdır.
Fikrimcə son zamanlar İran və Səudiyyə Ərəbistanının yaxınlaşması fələstinliləri terror mövzusunda aktivləşdirib.
Bu arada Hizbullah təşkilati Həmasın hücuçlarına şərh verib. Hizbullah əlavə edir ki, HƏMAS-ın İsrailə qarşı başlatdığı “Əl-Əqsa tufanı” əməliyyatı beynəlxalq ictimaiyyətə, ərəb və müsəlman dünyasına, xüsusən də İsraillə normallaşmaq istəyən ölkələrə bir mesajdır.
Görünüən odur ki, Yaxın Şərqdə böyük müharibənin başlanmsının şahidi oluruq. İsrail dövləti terrorçularla mübarizəni davam etdirir.