20 May 2024
HƏMAS Təl-Əvivi raket atəşinə tutdu - Şəhərdə vəziyyət GƏRGİNDİR

HƏMAS Təl-Əvivi raket atəşinə tutdu - Şəhərdə vəziyyət GƏRGİNDİR

26 Oktyabr 2023
Baxış: 314

İsrailin Təl-Əviv şəhəri raket atəşinə tutulub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, HƏMAS şəhəri qanadlı raketlərlə vurub.

İsrail Müdafiə Ordusundan verilən məlumata görə, şəhərdə hava həyacanı işə düşüb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.