16 May 2024
HƏMAS lideri İsraili HƏDƏLƏDİ: "Məğlub edəcəyik"

HƏMAS lideri İsraili HƏDƏLƏDİ: "Məğlub edəcəyik"

17 Noyabr 2023
Baxış: 309

Evinin bombalandığı açıqlanan HƏMAS terror təşkilatının rəhbəri İsmayıl Haniyə açıqlama verib.

AJMEDİA.İNFO xəbər verir ki, İsrailə meydan oxuyan Haniyə, İsrail üzərində qələbə qazanacaqlarını ifadə edib:

"İsrail bu müharibənin davam etməsini istəyirsə, bizim nəfəsimiz onun nəfəsindən daha uzun olacaq. Müqavimət bu müharibədə son sözü deyən tərəf olacaq və dünya “Qassam Briqadaları” və müqaviməti görəcək və 18 il əvvəl olduğu kimi Qəzzada işğalçını məğlub edəcək”.

Haniyə Qəzzada olan müqavimət qüvvələrini Allahın əsgərləri kimi səciyyələndirib.